"Barselona"nın 2 müdafiəçisi PSJ-yə qarşı oynamayacaq

16:57 - 19 Oktyabr 2026

"Barselona" UEFA Çempionlar Liqası Liqa mərhələsinin III turu çərçivəsində səfərdə PSJ-nin qonağı olacaq.

Sportal.az xəbər verir ki, İspaniya çempionu oyuna ciddi itkilərlə çıxacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müdafiəçilər Erik Qarsiya ilə Jül Kunde sıradan çıxıblar. Onlar La Liqanın IX turunun "Betis"lə matçında (5:2) zədələniblər. Hər iki oyunçu komanda ilə birlikdə Parisə aparılmayıb.

Qarsiya sağ ayaq əzələsindən zədə alıb. İspaniyalı futbolçu 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq. Kundenin sol topuğunda burxulma aşkarlanıb. Fransalı sağ cinah müdafiəçisi həftəsonu "Real"a qarşı keçiriləcək "El Klasiko"ya qədər bərpa ola bilər.

Qeyd edək ki, PSJ - "Barselona" qarşılaşması sabah baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xəbər xətti