Kurban Berdiyev: "İmişli" layiqli qələbə qazandı"

17:31 - 18 Oktyabr 2026

"Bu gün "İmişli" layiqli qələbə qazandı. Standart vəziyyətlərdən çəkinirdik, elə standart vəziyyətlərdən də qol buraxdıq. Hansı ki, bu məsələlər üzərində işləmişdik. Amma qol buraxdıq. Əldə etdiyimiz azsaylı qol imkanlardan istifadə edə bilmədik".

Sportal.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 8-ci turunun "İmişli"(1:0) ilə görüşündən sonra keçirilmiş mətbuat konrfansında deyib. O, jurnalistin sualını da cavablandırıb. 

- Bilirik ki, əsas üstünlüyünüz standart vəziyyətlərdir. Niyə bu dəfə fərqlənə bilmədiz?

- Standart vəziyyətlər üzərində kifayət qədər çox işləyirik. Amma təəssüf ki, hər dəfə qol vurmaq alınmır. Rəqib isə bundan istifadə etdi.

Mirbağırağa

Xəbər xətti