"Borussiya" Bakıya nə vaxt gələcək? - almanların planları bəlli oldu

16:48 - 16 Oktyabr 2026

Almaniyanın “Borussiya” (Dortmund) klubu Çempionlar Liqasının 3-cü turunun “Sabah”la oyunu üçün Bakıya səfər edəcək. 

Sportal.az xəbər verir ki, Dortmund klubu oktyabrın 18-də, bazar günü axşamı Azərbaycan paytaxtına təşrif buyuracaq. 

Almanlar həmçinin səfər oyunu üçün 2755 bilet sifariş ediblər.

"Sabah" - "Borussiya" matçı oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək və oyuna saat 20:45-də start veriləcək.
 

Xəbər xətti