“Real"ın hücumçusu Kilian Mbappe Çempionlar Liqası tarixinin ən çox qol vuran 5 futbolçusu sırasına daxil olub.
Sportal.az xəbər verir ki, bu barədə Transfermarkt portalının statistik məlumatlarında qeyd olunub.
Mbappe “Roma” ilə qarşılaşmanın 25-ci dəqiqəsində fərqlənərək Çempionlar Liqası karyerasında 72-ci qolunu vurub. Bu, fransalı futbolçunun Avropanın ən nüfuzlu klub turnirində 100-cü oyunu olub. Bununla da Mbappe Çempionlar Liqasında 142 matçda 71 qol vuran Madrid klubunun sabiq hücumçusu Raulu geridə qoyub.
Mbappedən daha çox qol vuran futbolçular arasında Kərim Benzema (152 oyunda 90 qol), Robert Levandovski (144 oyunda 109 qol), Lionel Messi (163 oyunda 129 qol) və Kriştiano Ronaldo (183 oyunda 140 qol) yer alır.
saytlarin hazirlanmasi
