"Neftçi"dən ayrıldıqdan sonra klubsuz qalan futbolçu Azərbaycana geri qayıda bilər

12:58 - 14 Oktyabr 2026

"Neftçi"nin sabiq futbolçusu Cordan Rezabala yenidən Azərbaycana geri qayıda bilər.

Sportal.az saytına verilən məlumata görə, 26 yaşlı ekvadorlu yarımmüdafiəçiyə maraq göstərən klublarımız var.

Onlardan biri "Turan Tovuz"dur. Qərb təmsilçisi ilə yanaşı, ona təklif göndərən Premyer Liqamızın başqa təmsilçisi də var.

Rezabalanın Azərbaycana geri qayıdıb-qayıtmayacağı yaxın günlərdə dəqiqləşəcək.

O, “Neftçi”dən ayrıldıqdan sonra klubsuzdur. Cordan “Tixuana”, “İndependiente”, “Olmedo”, “Sumqayıt”, “Dorados” klublarının formasını geyinib.

Xəbər xətti