“Sabah” basketbol komandası FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə növbəti qələbəsini qazanıb.
Sportal.az xəbər verir ki, Azərbaycan təmsilçisi Bakıda Türkiyənin “Trabzonspor” kollektivi ilə üz-üzə gəlib.
Milli Gimnastika Arenasındakı görüş “Sabah”ın qalibiyyəti ilə bitib – 91:72.
Xatırladaq ki, Azərbaycan təmsilçisi 3-cü turda Fransanın “Nanter 92” klubunu məğlub edib – 87:80. Azərbaycan çempionu 1-ci turda səfərdə “Ritas”a (Litva) 73:82, 2-ci turda “Trabzonspor”a 83:100 hesabı ilə uduzub.
saytlarin hazirlanmasi

