İtaliyalı müdafiəçi "Mançester Siti" və "Barselona"nın hədəfində

13:53 - 9 Noyabr 2026

İngiltərənin "Mançester Siti" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhənginin əsas hədəfi "Yuventus"da çıxış edən Andrea Kambyazodur. Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.

"Mançester Siti" italiyalı futbolçunu xeyli müddətdir izləyir. Klub Kambyazonu yanvarda heyətinə qatmağa çalışacaq.

26 yaşlı sol cinah müdafiəçisi ilə "Barselona" da yaxından maraqlanır.

Qeyd edək ki, "Yuventus" Andrea Kambtazonu 2022-ci ilin yayında "Cenoa"dan 15 milyon avroya transferedib. İtaliya milli komandasının üzvü cari mövsümdə Turin təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti