İnfantino dünya çempionatlarındakı dəyişiklikdən imtina etdi

23:35 - 6 Noyabr 2026

İnfantino dünya çempionatlarında iştirakçı sayını artırmaq fikrindən daşınıb.

Sportal.az xəbər verir ki, FIFA prezidenti Canni İnfantino dünya çempionatı və Klublararası Dünya Çempionatının iştirakçı sayını artırmağı planlaşdırmır.

İnfantino FIFA rəhbərliyinə yenidən prezident seçiləcəyi təqdirdə hər iki turnirin genişləndirilməsi təşəbbüsündən imtina edəcəyini bildirib.

Mənbələr bu addımın dünya çempionatının yayım hüquqlarının satışı ilə bağlı qalmaqaldan sonra yaranan təzyiqi azaltmaq və tərəddüd edən şəxslərin dəstəyini qazanmaq məqsədi daşıdığını düşünür.

Qeyd edək ki, hazırda Klublararası Dünya Çempionatında 32, milli komandalar arasında keçirilən dünya çempionatında isə 48 yığma iştirak edir.

Xəbər xətti