"Sabah" legioneri ilə yollarını ayırdı

10:35 - 6 Noyabr 2026

"Sabah" legionerlərindən biri ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, Zinəddin Uld Xaled komandanın düşərgəsini tərk edib.

Bu barədə klubun mətbuat xidməti məlumat verib.

Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

26 yaşlı futbolçu 2025-ci ildən "Sabah"da çıxış edirdi.

"Sabah" ona göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xəbər xətti