"O, məşqçilik karyeram ərzində çalışdırdığım ən yaxşı futbolçulardan biridir" - Skolari

22:53 - 5 Noyabr 2026

Portuqaliya millisinin sabiq baş məşqçisi Luis Felipe Skolari Kriştiano Ronaldonun milli komandadakı karyerasını başa vurmaq qərarını şərh edib.

Sportal.az xəbər verir ki, Skolari öz açıqlamasında bunları qeyd edib:

“Ronaldo, afərin sənə! Sən sakitsən və düzgün qərar vermisən. Sən Portuqaliyanın heç vaxt unutmayacağı idmançılardan biri oldun. Mən də sənin dostun və sənə heyran olan bir insan kimi səni heç vaxt unutmayacağam. Çünki həm mənim, həm də komanda yoldaşların üçün çox şey etmisən.

Onu da demək istəyirəm ki, sənin haqqında müsbət fikirlər söyləyən təkcə mən olmamışam. O, məşqçilik karyeram ərzində çalışdırmaq şərəfinə nail olduğum ən yaxşı futbolçulardan biri idi. Təkcə futbolçu kimi deyil, insan kimi də. Biz ondan nə istəyirdiksə, hamısını yerinə yetirirdi. Kriştianu arzuladığı hər şeyə nail oldu, çünki bunun üçün əzmlə çalışdı. Onun bacarıqları hər zaman orta səviyyədən yüksək olub.

O, həyatım boyu birlikdə çalışdığım ən peşəkar futbolçulardan biri idi. Böyük məmnuniyyətlə deyə bilərəm ki, onun bu qərarı verməsinə sevinirəm.

Ronaldu mənimlə, qəlbimdə əbədi qalacaq. Portuqaliya, orada tanış olduğum insanlar və ünsiyyətdə olduğum hər kəslə birlikdə o da xatirələrimdə xüsusi yer tutacaq. Səni qucaqlayıram, Ronaldu. Sənə hər şeyin ən yaxşısını arzulayıram”.

Qeyd edək ki, Kriştiano Ronaldo Portuqaliya millisində məhz Luis Felipe Skolarinin rəhbərliyi altında debüt edib.

Xəbər xətti