"Yalnız böyük oyunlar barədə düşünmək kiçik komanda mentalitetidir"

22:32 - 5 Noyabr 2026

“Milan”ın baş məşqçisi Ruben Amorim yalnız kiçik komandaların oyunları əhəmiyyətinə görə fərqləndirdiyini bildirib.

Sportal.az xəbər verir ki, Amorim öz açıqlamasında maraqlı məqamlara toxunub:

"Bolonya’ ilə matçdan əvvəlki həftə bütün azarkeşlər bizə ‘Derbidə uğurlar!’ deyirdilər. Mən bunu başa düşmürəm. Çünki həmin vaxt bizim üçün ən vacib rəqib ‘Bolonya’ idi. Bizdə belə yanaşma olmamalıdır. Bu, kiçik komanda mentalitetidir. Kiçik komandalar yalnız böyük oyunlar barədə düşünürlər. Halbuki hər oyun böyük əhəmiyyət daşıyır.

‘Ferentsvaroş’la qarşılaşma mənə komandam haqqında ‘İnter’lə oyundan daha çox məlumat verəcək. ‘İnter’lə son səkkiz matçımıza baxın, onların dördündə qalib gəlmişik. Bu qələbə mənə yeni heç nə göstərmədi. ‘Ferentsvaroş’la oyun isə komandam haqqında çox şey deyəcək”.

Qeyd edək ki, “Milan” oktyabrın 28-də “Bolonya”ya 2:4 hesabı ilə məğlub olub, oktyabrın 31-də isə “İnter” üzərində 3:1 hesablı qələbə qazanıb.

Xəbər xətti