“Real"ın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasında AEK-ə qarşı səfər matçının niyə çətin olacağını düşündüyünü açıqlayıb.
Sportal.az xəbər verir ki, Liqa mərhələsinin IV turu çərçivəsində keçiriləcək qarşılaşma çərşənbə günü Afinada baş tutacaq və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
“Bunun bir neçə səbəbi var. Onlar çempiondurlar. Biz indiyədək dəfələrlə çempion komandalarla qarşılaşmışıq. Yunanıstanda oynamaq həmişə çətindir. Avropanın kralı olan "Real" burada keçirdiyi 8 oyundan yalnız birində qalib gəlib. Uzun illər əvvəl burada iki dəfə oynamışam və belə atmosferdə mübarizə aparmağın nə qədər çətin olduğunu bilirəm. Onların Çempionlar Liqasında çox gərgin oyun təqvimi var. Əminəm ki, ev oyunlarını xal qazanmaq üçün ən yaxşı fürsət hesab edirlər.
Üstəlik, hər bir rəqib qarşısında "Real"ın ağ formasını görəndə inanılmaz motivasiya qazanır. Bu matçda ən yaxşı formamızda olmalıyıq. Əgər bütün potensialımızı ortaya qoymasaq, qalib gələ bilməyəcəyik”, – deyə Mourinyo bildirib.
saytlarin hazirlanmasi
