Əfsanəvi yarımmüdafiəçi Kaka rəsmi olaraq "Milan"ın Şöhrət Zalına daxil edilib.
Sportal.az xəbər verir ki, mərasim İtaliya çempionatının X turu çərçivəsində "İnter"ə qarşı keçirilən və "rossoneri"lərin 3:1 hesablı qələbəsi ilə başa çatan oyundan əvvəl baş tutub.
Kaka "Milan"da iki fərqli dövrdə - 2003-2009 və 2013-2014-cü illərdə çıxış edib. Bu müddət ərzində futbolçu İtaliya klubunun heyətində bütün turnirlərdə 307 oyuna çıxıb, 104 qol vurub və 81 məhsuldar ötürmə edib.
Kaka "Milan"dakı ilk dövründə komandanın əsas oyunçularından birinə çevrilib və beynəlxalq səviyyədə şöhrət qazanıb. Braziliyalı yarımmüdafiəçi 2007-ci ildə "Milan"ın Çempionlar Liqasını qazanmasında böyük rol oynadığı uğurlu mövsümdən sonra "Qızıl top" (Ballon d'Or) mükafatına layiq görülüb.
saytlarin hazirlanmasi
