"Mançester Yunayted" Lisandro Martinesin mövsümün sonunda başa çatan müqaviləsinin müddətini artırmayacaq.
Sportal.az xəbər verir ki, bu barədə "Diario Sport" nəşri məlumat yayıb.
Argentinalı müdafiəçi karyerasını İspaniya La Liqasında davam etdirə bilər. "Atletiko" Martinesin xidmətində maraqlıdır. La Liqa nəhəngi yayda azad agent statusunda olacaq 28 yaşlı futbolçu ilə yaxın vaxtlarda danışıqlara başlamağı planlaşdırır.
Argentina milli komandasının üzvü ilə "İnter", "Roma" və "Komo" da yaxından maraqlanır.
Qeyd edək ki, "Mançester Yunayted" Lisandro Martinesi 2022-ci ilin yayında "Ayaks"dan 57 milyon avroya transfer edib. Təcrübəli mərkəzmüdafiəçisi cari mövsümdə "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 100 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi
