İtaliya millisinin sabiq yarımmüdafiəçisi Ancelo Di Livio “Yuventus”u sərt tənqid edib.
Sportal.az xəbər verir ki, Turin təmsilçisi bu mövsüm A Seriyasında keçirdiyi 9 oyunda 14 xal toplayıb və turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.
“Heyət zəifdir, bu futbolçular ağ-qara formanı geyinməyə layiq deyillər. Turin həddindən artıq rahat bir şəhərə çevrilib. Komanda məğlub olur, amma heç nə baş vermir, hər şey sakit davam edir.
Əlbəttə, Spallettinin də məsuliyyəti var. Ancaq bütün günahı yalnız onun üzərinə atmazdan əvvəl komandanın keyfiyyətinə və indiyədək necə formalaşdırıldığına nəzər salardım”, – deyə Di Livio bildirib.
saytlarin hazirlanmasi
