"Araz-Naxçıvan" ilk oyunda qələbə qazandı- UEFA Çempionlar Liqası

17:53 - 27 Oktyabr 2026

"Araz-Naxçıvan" futzal klubu bu gün UEFA Çempionlar Liqasının 2026/2027 mövsümündə ilk oyununu keçirib.

Sportal.az xəbər verir ki, 5-ci qrupda yer alan Azərbaycan çempionu əsas mərhələnin 1-ci turu çərçivəsində "Uypeşt"lə (Macarıstan) qarşılaşıb. Polşanın Qlivitse şəhərindəki "Prezero Arena"da baş tutan matç təmsilçimizin 5:4 hesablı qələbəsi ilə başa çatıb.

Görüşün hakimləri Viktor Şeyx (Fransa), Sergey Saçmans (Latviya) və İqor Yaçevic (Latviya) olublar. Dominik Lorke (Polşa) "timekeeper", Sven Eyxler (Almaniya) hakim-inspektor, Marina Kirilyuk (Ukrayna) isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirib.

Qeyd edək ki, Naxçıvan təmsilçisi oktyabrın 28-də Bosniya və Herseqovinanın "Buba Mara", 30-da isə Polşanın "Piast" komandası ilə üz-üzə gələcək.

Xəbər xətti