"Sabah" Misli Premyer Liqasının IX turu çərçivəsində "Qarabağ"ı qəbul edir.
Sportal.az xəbər verir ki, "Sabah Arena"da keçirilən matçı izləyənlər arasında FIFA rəsmiləri də var.
Ali futbol qurumunun prezidenti Canni İnfantino, qlobal futbol inkişafı departamentinin rəhbəri Arsen Venger və AFFA prezidenti Rövşən Nəcəflə Mərdəkandakı qarşılaşmanı tribunadan izləyiblər.
Qeyd edək ki, İnfantino və Venger Bakıda keçirilən U-15 dünya çempionatı və festivalına görə Azərbaycanda səfərdədirlər.
saytlarin hazirlanmasi
