"Sabah"ın rəqibi evdə bərabərə qaldı - VİDEO

09:45 - 25 Oktyabr 2026

İtaliya A seriyasında 8-ci turun matçları keçirilir.

Sportal.az xəbər verir ki, Çempionlar Liqasında “Sabah”ın da rəqibi olan “Napoli” evdə “Roma” ilə üz-üzə gəlib.

Matçda 6 qol vurulsa da, qalib müəyyənləşməyib.

"Napoli" 11 xalla 9-cu, "Roma" isə 18 xalla 3-cüdür. 

Qeyd edək ki, "Sabah" - "Napoli" görüşü yanvarın 20-də keçiriləcək.

“Napoli” – “Roma” 3:3
Qollar: Anqissa 28, Maktominay 48, 83 0 Sule 69, Balerdi 74, 89

Xəbər xətti