Premyer Liqa klubu türkiyəli vinger üçün hərəkətə keçdi

10:34 - 24 Oktyabr 2026

"Fənərbaxça"nın futbolçusu Oğuz Aydın karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Aston Villa" türkiyəli vingeri transfer etmək istəyir. Bu barədə jurnalist Sercan Hamzaoğlu məlumat yayıb.

Birmingem təmsilçisi potensial keçidlə bağlı Aydının agenti ilə əlaqə saxlayıb. "Aston mVilla" 25 yaşlı ön xətt oyunçusunun qiyməti və transferin reallaşması üçün tələb olunan şərtlər barədə məlumat istəyib.

Qeyd edək ki, "Fənərbaxça" Oğuz Aydını 2024-cü ilin yayında "Alanyaspor"dan 6 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü carri mövsümdə İstanbul nəhənginin heyətində meydana çıxdığı 16 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti