Futbol üzrə Azərbaycan I Liqasında VI turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün "Şahdağ Qusar" Binə Olimpiya İdman Kompleksinin stadionunda "Səbail"i qəbul edib. Qarşılaşma Füzuli Məmmədovun yetirmələrinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 15-ə yüksəldən "Şahdağ Qusar" turnir cədvəlinin zirvəsində qərarlaşıb. 11 xalı olan "Səbail" isə III yerdədir.
"Şahdağ Qusar" - "Səbail" 1:0
Qol: A.Nəsibov, 50
Qırmızı vərəqə: P.Azadov, 69
