"Real"ın müdafiəçisi Trent Aleksander-Arnold İngiltərə Premyer Liqasına qayıda bilər.
Sportal.az xəbər verir ki, La Liqa nəhəngində az şans qazanan ingiltərəli futbolçunu sabiq klubu "Liverpul" transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Mersisayd klubu Trenti yanvarda heyətinə qatmağa çalışacaq. "Qırmızılar" 28 yaşlı sağ cinah müdafiəçisi üçün İspaniya klubuna 20 milyon funt-sterlinqlik təklif göndərəcəklər.
Qeyd edək ki, "Real" Trent Aleksander-Arnoldu 2025-ci ilin yayında "Liverpul"dan 10 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü cari mövsümdə Madrid təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
