"Trabzonspor" "Beşiktaş"ı məğlub etdi - İCMAL

23:52 - 19 Oktyabr 2026

Türkiyə Super Liqasında VIII turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında “Trabzonspor” doğma meydanda “Beşiktaş”ı qəbul edib. Meydan sahibləri gərgin keçən qarşılaşmadan 2:0 hesablı qələbə ilə ayrılmağı bacarıblar.

Qeyd edək ki, Trabzon təmsilçisi 16 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. "Beşiktaş" isə 15 xalla 5-ci sırada yer alıb.

Türkiyə Super Liqası

VIII tur

"Trabzonspor" - "Beşiktaş" 2:0

Qollar: O.Tufan,21, M.Salah,71

Xəbər xətti