Ötən yay futbolçu karyerasını başa vuran İlkin Qırtımov məşqçiliyə başlamağı planlaşdırır.
Sportal.az "Sport24.az"a istinadən xəbər verir ki, Zaqatala futbol məktəbinin yetirməsi artıq bu məsələ ilə bağlı qərarını verib. O, "Qəbələ" Futbol Akademiyasında çalışacaq. Tərəflər arasında hələ ki, rəsmi müqavilə imzalanmasa da, Qırtımovun "qırmızı-qaralar"ın U-19 komandasında Famil Xəlilovun köməkçisi olacağı gözlənilir.
Qeyd edək ki, İlkin Qırtomov futbolçu karyerası ərzində "Simurq" (fəaliyyətini dayandırıb), "Neftçi", "Kəpəz", "Qəbələ" klublarının formasını geynib. Keçmiş müdafiəçi 5 oyunda Azərbaycan millisinin heyətində meydana çıxıb.
saytlarin hazirlanmasi
