"Biz Zaur Həşimova inanaraq, onu bura gətirmişik. Rəhbərlik olaraq arxasındayıq".
Sportal.az xəbər verir ki, bu sözləri Sportinfo.az-a açıqlamasında "Şəfa"nın vitse-prezidenti Əfran İsmayılov deyib.
Paytaxt təmsilçisinin funksioneri Zaur Həşimovun baş məşqçi postundan uzaqlaşdırılacağı barədə yayılan xəbərlərə münasibət bildirib.
O, bu ilin yayında 3 illik müqavilə bağladıqları gənc mütəxəssisə dəstək olduqlarını, yolları ayırmağı düşünmədiklərini söyləyib:
"Yeni yaranmış komandayıq. Bilirik ki, çətinliklərimiz olacaq.
Futbolçuların bir-birinə uyğunlaşmasına, komandanın öz oyununu tapmasına müəyyən qədər vaxt lazımdır.
"Şamaxı»ya son turda məğlub olsaq da, uşaqlar göstərdi ki, futbol oynamağı bacarırlar. Qələbəyə acdırlar, qazanmaq istəyirlər.
2:0 öndə idik, axıra yaxın konsentrasiya itdi, uduzduq. Yenə şükür ki, istədiyimiz oyunu gördük.
İki yox, daha çox qol vura bilərdik, şanslarımız da var idi. Bu, üzücü, ağır məğlubiyyət oldu.
Oyundan əvvəl də, elə bu gün də Zaur müəllimlə görüşmüşük, ona dəstəyimizi göstərmişik.
İnanırıq ki, bu vəziyyətdən tezliklə çıxacağıq və hər şey qaydasına düşəcək. Qələbələri sıralayacağıq".
saytlarin hazirlanmasi
