FİFA prezidenti üzr istədi - yol verilən səhvlərə görə

22:51 - 15 Oktyabr 2026

FIFA prezidenti Canni İnfantino "FIFA Forward Enterprise" layihəsinin planlaşdırılması zamanı yol verilən səhvlərə görə üzr istəyib. Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

Sportal.az xəbər verir ki, oktyabrın 15-də İsveçrənin Sürix şəhərində FIFA Şurasının iclası keçirilib. İclasda çıxış edən 56 yaşlı idman rəsmisi Canni İnfantino iştirakçıları birliyə çağırıb və “futbol hər kəs üçün və hər yerdədir” fikrini səsləndirib.

2026-cı ilin yayında İnfantino FIFA Forward Enterprise adlı kommersiya strukturunun yaradılmasını və dünya çempionatlarının kommersiya hüquqlarının 20 faizədək hissəsinin özəl investorlara satılmasını təklif etmişdi. Bu təşəbbüs UEFA, KONKAKAF, AFC və KONMEBOL da daxil olmaqla bir sıra futbol konfederasiyaları tərəfindən rədd edilmişdi.

Tənqidlərdən sonra FIFA prezidenti layihənin həyata keçirilməsindən imtina edib.

Xəbər xətti