"Sabah"ın müdafiəçisi Akim Zedadka Əlcəzair milli komandasının məşqçilər heyətinin diqqətini cəlb edib.
Sportal.az “La Gazette du Fennec”ə istinadən xəbər verir ki, 31 yaşlı sağ cinah müdafiəçisinin Çempionlar Liqasındakı çıxışını Əlcəzair yığmasının baş məşqçisi Brahim Hemdani şəxsən izləyib.
Güclü rəqabətə baxmayaraq, məşqçi Zedadkanı növbəti təlim-məşq toplanışına dəvət etməyi planlaşdırır.
Qeyd etmək lazımdır ki, Zedadka 2022-ci ildə Əlcəzair milli komandasında yalnız bir oyun keçirib.
Zedadka “İstr”, “Lans”, “Klermont”, “Lill”, “Oser”, “Saraqosa”, “Piast”da oynadıqdan sonra 2025-ci ildə “Sabah”a keçib.
saytlarin hazirlanmasi
