Mahrezin yeni klubu bəlli oldu - RƏSMİ

19:50 - 14 Oktyabr 2026

Riyad Mahrezin yeni klubunun adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, "Əl-Əhli"dən ayrılan əlcəzairli vinger karyerasını Qətərdə davam etdirəcək.

Azad agent statusunda olan Mahrez "Əl-Şamal"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 35 yaşlı futbolçu ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Riyad Mahrez 2025/26 mövsümündə "Əl-Əhli"nin heyətində meydana çıxdığı 44 rəsmi matçda 8 qol və 15 məhuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti