"Slaviya" güclü komandadır, amma "Sabah" öz oyununu oynasa, yaxşı nəticə qazana bilər" - "Sabah"ın sabiq kapitanı

15:35 - 13 Oktyabr 2026

“Sabah”ın sabiq kapitanı Kərim Diniyev Sportal.az saytına müsahibə verib.

- "Sabah" bu gün Çempionlar Liqasının liqa mərhələsində "Slaviya" önünə çıxacaq. Bu görüşdə Azərbaycan çempionunun şanslarını necə dəyərləndirirsiz?

- Məncə, “Sabah”ın şansları yaxşıdır. Təmsilçimiz evdə oynayır və azarkeş dəstəyi olacaq. “Slaviya” güclü komandadır, amma “Sabah” öz oyununu oynasa, yaxşı nəticə qazana bilər.

- "Slaviya" tərəfi uzun müddətdir ki, qələbəsizlik seriyasını məhz Bakıda sonlandırmaq istəyir. Onlar çox inamlı danışır. Bu məqam "Sabah"ı daha da qıcıqlandıra və ya ikiqat motivasiya edə bilər?

- Əlbəttə, belə açıqlamalar futbolçulara əlavə motivasiya verə bilər. Amma məncə, “Sabah” buna çox fikir verməməlidir. Əsas olan meydanda cavab verməkdir.

- Qarşılaşma BOS-da keçiriləcək. Azarkeş sayına görə azarkeş dəstəyi daha çox ola bilər. “Sabah” ilk dəfə BOS-da oynayacaq. Bunun “Sabah” üçün hansısa müsbət və ya mənfi tərəfi ola bilər?

- Məncə, bu, “Sabah” üçün müsbət amildir. Böyük stadionda çoxlu azarkeş qarşısında oynamaq futbolçulara əlavə motivasiya verəcək. İlk dəfə oynayacaqları üçün müəyyən fərq ola bilər, amma düşünürəm ki, buna tez uyğunlaşacaqlar.

- "Sabah" "Mançester Yunayted"lə görüşdə uduzsa da, qol epizodları da yarada bilmişdi. ÇL-də debüt üçün normal oyun hesab etmək olardı bunu?

- Məncə, bəli. Rəqib “Mançester Yunayted” idi və belə komandaya qarşı oynamaq asan deyil. Hesab istənilən kimi olmasa da, “Sabah” bəzi epizodlarda yaxşı futbol göstərdi. Bu oyun komandaya böyük təcrübə qazandırdı.

- “Sabah"ın rəqibləri arasında "Vilyarreal", "Napoli", "Barselona", "Borussiya"(Dortmund), "Vikinq", "Arsenal" var. Azərbaycan klubunun şanslarını necə dəyərləndirirsən?

- Rəqiblər çox güclüdür. “Barselona”, “Arsenal”, “Napoli”, “Borussiya”, “Vilyarreal” kimi komandalarla oynamaq böyük təcrübədir. “Sabah” hər oyunda maksimumunu verməlidir. Məncə, öz meydanında yaxşı nəticələr əldə etmək mümkündür. Əsas odur ki, komanda özünə inansın və mübarizə aparsın.

Mirbağırağa
 

Xəbər xətti