Azərbaycan yığması 6-cı medalını qazandı - Avropa çempionatı

20:08 - 11 Oktyabr 2026

Boks üzrə Azərbaycan millisi Budvada U-17 Avropa çempionatında növbəti medalı aktivinə əlavə edib.

Sportal.az xəbər verir ki, yığmamızın heyətində bu dəfə Həsrət Məmmədov (46 kq) fəxri kürsüyə yüksəlib. Təmsilçimiz finalda Kristi Kaşuya (Rumıniya) uduzub. Bununla da yığmamızın medallarının sayı 6-ya çatıb.

Boksçularımızdan daha öncə Cəmilə Muradlı (57 kq) qızıl, Səma Abbasova (66 kq) gümüş, Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar. Qeyd edək ki, bu gün daha 2 idmançımız final döyüşünə çıxacaq.

Xəbər xətti