"Barselona"nın kapitanı "Qalatasaray"a qarşı oynamayacaq

16:08 - 9 Oktyabr 2026

"Barselona"nın kapitanı Rafinya qarşıdakı iki oyunda komandaya kömək edə bilməyəcək.

Sportal.az xəbər verir ki, bu barədə baş məşqçi Hans Flik məlumat verib. Almaniyalı mütəxəssis sıx təqvimdə risk etməmək üçün braziliyalı vingeri meydana buraxmayacağını bildirib:

“Rafinyanın zədəsi yoxdur. Lakin ehtiyatlı olmalıyıq. Çünki keçən il o, üç dəfə zədələnmişdi və onun qayğısına qalmalıyıq. Rafinya nə sabah, nə də “Qalatasaray”a qarşı oyunda heyətdə olacaq”.

"Barselona" sabah İspaniya La Liqasının VIII turu çərçivəsində öz meydanında "Xetafe"ni qəbul edəcək. Kataloniya təmsilçisi oktyabrın 3-də isə UEFA Çempionlar Liqasında səfərdə "Qalatasaray"ın qonağı olacaq.

Qeyd edək ki, Rafinya cari mövsümdə "Barselona"nın heyətində bütün turnirlərdə meydana çıxdığı 8 rəsmi matçda 14 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti