Luka Şevalye vəziyyəti öz xeyrinə dəyişmək niyyətindədir və PSJ-nin əsas qapıçısı olmaq uğrunda Matvey Safonovla rəqabət aparmağa hazırdır.
Sportal.az xəbər verir ki, fransalı qapıçı sonuncu dəfə yanvarın 23-də "Oser"ə qarşı keçirilən rəsmi oyunda (1:0) PSJ-nin heyətində meydana çıxıb. Buna baxmayaraq, baş məşqçi Luis Enrike ilə söhbətdən sonra o, bu yay klubda qalmağa qərar verib. Vəziyyət dəyişməzsə, Şevalyenin yanvarda PSJ-dən ayrılması istisna edilmir. Qapıçı Fransa millisinə qayıtmaq şansını artırmaq üçün daha çox oyun praktikası qazanmaq istəyir.
PSJ rəhbərliyi də bu ehtimalı istisna etmir. Bildirilir ki, klubda Safonova olan etimad hələ də yüksək səviyyədədir.
saytlarin hazirlanmasi
