"Liverpul"da ciddi itki - 3 həftə oynamayacaq

21:23 - 7 Oktyabr 2026

İngiltərənin "Liverpul" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, müdafiəçi Jeremi jake sıradan çıxıb.

21 yaşlı futbolçu Fransa milli komandasının düşərgəsində ayaq əzələsindən zədə alıb. Gənc mərkəz müdafiəçisi təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Liverpul" Jeremi Jakeni mövsümün əvvəlində "Renn"dən 63,6 milyon avroya transfer edib. O, Premyer Liqa təmsilçisinin heyətində 7 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti