"Mançester Yunayted"in hücumçusu "Milan"a keçə bilər

18:40 - 8 Oktyabr 2026

"Mançester Yunayted"in hücumçusu Coşua Zirkze İtaliya A Seriyasına qayıda bilər.

Sportal.az xəbər verir ki, "Milan" niderlandlı futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə "Calciomercato" nəşri məlumat yayıb.

"Rossoneri" Zirkzeni yanvarda heyətinə qatmağa çalışacaq. "Milan"ın planı 25 yaşlı forvardı satınalma bəndi ilə icarəyə götürməkdir.

Qeyd edək ki, "Mançester Yunayted" Coşua Zirkzeni 2024-cü ilin yayında "Bolonya"dan 42,5 milyon avroya transfer edib. Niderland millisinin üzvü cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində 4 rəsmi matçda 70 dəqiqə meydanda olub.

Xəbər xətti