Danimarka millisinin üzvü Pyer-Emil Höybyerq “Yuventus”a keçə bilər.
Sportal.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, futbolçunun agenti ilə klub rəsmiləri arasında danışıqlara start verilib. Turin klubunun rəhbərliyi 31 yaşlı danimarkalını qış “transfer pəncərəsi” zamanı heyətinə qatmaqda israrlıdır.
Bu arada, "Yuventus"un skaut komandası oyunçunu Millətlər Liqasında Danimarka millisinin heyətində son oyunlarını canlı izləyib. Höybyerq Danimarka futbolunun yetirməsidir. O, karyerası ərzində “Bavariya”, “Ausburq", "Şalke", "Sauthempton" və "Tottenhem" klublarında oynayıb. 2024-cü ilin yayında danimarkalı yarımmüdafiəçi "Marsel"ə və klubla müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi
