“Slaviya”nın(Praqa) futbolçusu Lukaş Provod Çempionlar Liqasının 2-ci turunun Bakıda "Sabah"a qarşı keçiriləcək oyunu ilə bağlı fikirlərini bölüşüb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Provod Bakıdakı görüşdə uğurlu nəticəyə inandığını deyib:
"Sabah”la oyun Çempionlar Liqasında qalib gəlmək üçün növbəti şansdır. Lakin Çempionlar Liqasında asan oyun olmadığı üçün xüsusən də belə uzun yolu qət etməli olduğunuz zaman çətin rəqiblə qarşılaşırıq. Əlimizdən gələni edəcəyik. Azərbaycan komandası qalib gələ biləcəyimiz rəqiblərdən biridir. Amma qarşıda “Jlin”lə oyunumuz var və sonra "Sabah"a hazırlaşacağıq".
"Sabah” - "Slaviya" matçı oktyabr 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək və görüşə saat 20:45-də start veriləcək.
