Super Liqa klubunda almaniyalı baş məşqçi

17:17 - 9 Oktyabr 2026

Türkiyənin "Gənclərbirliyi" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Bernd Stork çalışdıracaq. Bu barədə Ankara klubunun mətbuat xidməti məlumat yayıb.

63 yaşlı almaniyalı mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, "Gənclərbirliyi" Mətin Diyadinlə yollarını ayırıb. Bernd Storkun son iş yeri isə Belçikanın "Serkl Brügge" klubu olub.

Xəbər xətti