UEFA Çempionlar Liqasında "Sabah"ın rəqibi olan “Vilyarreal” futbolçusu Nizar Əl-Jmili ilə müqavilə müddətini artırıb.
Sportal.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Onunla müqavilə müddəti 2030-cu il iyunun 30-na qədər artırılıb.
Qeyd edək ki, “Sabah” Çempionlar Liqasında “Vilyarreal”la səfərdə üz-üzə gələcək. Matç dekabrın 8-də baş tutacaq.
saytlarin hazirlanmasi
