"Çelsi"dən Palmer qərarı - RƏSMİ

15:14 - 10 Oktyabr 2026

"Çelsi" yarımmüdafiəçi Koul Palmerin müqaviləsinin müddətini uzadıb.

Sportal.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin mətbuat xidməti məlumat yayıb.

İngiltərə milli komandasının üzvü ilə 2034-cü ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, "Çelsi" Koul Palmeri 2023-cü ilin yayında "Mançester Siti"dən transfer edib. 24 yaşlı hücumameyilli yarımmüdafiəçi cari mövsümdə London təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti