"Bavariya" "Barselona"nın yarımmüdafiəçisini transfer etmək istəyir

10:37 - 10 Oktyabr 2026

"Bavariya" "Barselona"nın yarımmüdafiəçisi Dani Olmonu transfer etmək istəyir.

Sportal.az xəbər verir ki, bu barədə "Fussball News" portalı məlumat yayıb.

Bundesliqa nəhəngi ispaniyalı futbolçu üçün yanvarda hərəkətə keçməyi planlaşdırır. Klubu 80-90 milyon avroluq təklif gələcəyi təqdirdə 28 yaşlı hücumameyilli yarımmüdafiəçini salmağın əleyhinə deyil.

Qeyd edək ki, "Barselona" Dani Olmonu 2024-cü ilin yayında "Leyptsiq"dən 61 milyon avroya transfer edib. İspaniya millisinin üzvü cari mövsümdə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti