"Real" dünyanın ən böyük klubudur"

14:07 - 11 Oktyabr 2026

"Real"ın vingeri Yan Diomande La Liqada "Vilyarreal"a qarşı keçirilən matçda (1:0) komandasının qələbəsini şərh edib.

Sportal.az xəbər verir ki, 18 yaşlı futbolçu bu qarşılaşmada "kral klubu"nun heyətində debüt qoluna imza atıb. Gənc oyunçu xoşbəxt olduğunu deyib:

​"Yaxşı oyun alındı. Biz həmişə qələbə üçün oynayırıq və bunu bacardıq. Qələbə qazandığımız üçün çox şadam. ​Burada, "Santyaqo Bernabeu"da oynamaq həmişə möhtəşəmdir. "Real" dünyanın ən böyük klubudur. Bu stadionda oynamaq məndə həmişə inanılmaz hiss yaradır.

​Çox xoşbəxtəm. Bu ilk qolu uzun müddət idi ki, gözləyirdim. Həm öz adıma, həm də komanda adına şadam. Həmin epizodda, məncə, yeganə düzgün qərar topu qəbul etmək, dönmək və zərbə endirmək idi".

Xəbər xətti