UEFA Çempionlar Liqası Liqa mərhələsinin II turunun "Sabah" - "Slaviya" matçının təyinatları açıqlanıb.
Sportal.az xəbər verir ki, oyunuAvstriyadan olan ədalət təmsilçiləri idarə edəcəklər.
Görüşün baş hakimi Sebastyan Qishamer olacaq. Ona yan xətlərdə Roland Ridel və Santino Şrayner köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yetirəcək. VAR-da Alan Kiyas , AVAR-da isə Josef Spurni əyləşəcək.
Qeyd edək ki, "Sabah" - "Slaviya" qarşılaşması oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:45-də start götürəcək.
saytlarin hazirlanmasi
