La Liqa klubunda yeni baş məşqçi

21:55 - 12 Oktyabr 2026

İspaniyanın "Osasuna" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, La Liqa təmsilçisini Yaqoba Arrasate çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

48 yaşlı mütəxəssislə 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Yaqoba Arrasatenin son iş yeri "Malyorka" olub. O, "Osasuna"da Luis Migel Ramisi əvəzləyib.

Xəbər xətti