"Bavariya" Olise ilə müqavilənin müddətini uzatmağa yaxındır

21:48 - 15 Oktyabr 2026

"Bavariya" Maykl Olise ilə yeni müqavilə ilə bağlı danışıqlarda irəliləyiş əldə edib.

Sportal.az xəbər verir ki, tərəflər 2030-cu ilin yayına qədər qüvvədə ola biləcək saziş üzərində işləyirlər. Bu barədə "Bild" nəşri məlumat yayıb.

Fransalı futbolçunun Münhen klubunu tərk etmək niyyəti yoxdur. O, karyerasını bu komandada davam etdirməkdə qərarlıdır.

Yeni sözləşmənin futbolçunun maaşında əhəmiyyətli artımı nəzərdə tutacağı gözlənilir. Bu, 24 yaşlı vingerin Bundesliqa nəhəngində ən yüksək maaş alan oyunçular sırasına qoşulmasına və Harri Keynlə eyni səviyyədə qazanc əldə etməsinə səbəb ola bilər.

Qeyd edək ki, Maykl Olise cari mövsümdə "Bavariya"nın heyətində bütün turnirlərdə meydana çıxdığı 9 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla mövcud müqaviləsi 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.

Xəbər xətti