AFFA-nın Media Departamentində işdən çıxarılan 8 əməkdaşın məsələsi ilə bağlı redaksiyamıza daha bir məlumat daxil olub.
Sportal.az saytına verilən xəbərə görə, işini itirən əməkdaşlar baş katib Cahangir Fərəcullayevə narazılıq edib, narahatlıqlarını çatdırıblar. Əsas irad ondan ibarət olub ki, əgər onlarla yola davam etmək istəmirdilərsə, bunu yeni futbol mövsümü başlamazdan demək lazımıydı. Belədə AFFA-dan çıxarılan adamlar klublarda boş vakansiyalar var ikən iş tapa bilərdilər.
Belə bir arqumentlə üzləşən Fərəcullayev işini itirən əməkdaşlara təsəlli verib - "narahat olmayın, AFFA vitrindi, işsiz qalmayacaqsız" tipli mücərərrəd fikirlər səsləndirməyə başlayıb.
Qeyd edək ki, AFFA-dan çıxarılanlar arasında Vətən müharibəsi iştirakçısı, Laçın və Qubadlının azad edilməsinə görə medallarla təltif edilmiş Mehman Əşrəfov da var.
saytlarin hazirlanmasi
