Mahir Emreli oynadı, komandası mövsümdə 2-ci qələbəsini qazandı

22:49 - 16 Oktyabr 2026

Polşada futbol üzrə Ekstraklasanın 11-ci turuna start verilib.

Sportal.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” səfərdə “Veçista” ilə qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Emreli oyuna start heyətində başlayıb və hesab 1:1 olarkən, 87-ci dəqiqədə əvəzlənib.

Bu qələbə “Rakuv” üçün cari mövsümdə ikinci olub. Hazırda komanda 6 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Xəbər xətti