"Zirə" Gəncə Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR

17:25 - 17 Oktyabr 2026

“Zirə”nin nümayəndə heyəti Gəncə Şəhidlər xiyabanını ziyarət edib.

Sportal.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Ziyarət zamanı Gəncə şəhidlərinin xatirəsinə ucaldılmış Əbədi məşəl kompleksinə, eləcə də "Zirə"nin futbolçusu İlqar Burcəliyevin məzarı önünə əklillər qoyulub, onların əziz xatirəsi dərin ehtiramla yad edilib.

Komandanın nümayəndələri, həmçinin Gəncənin raket atəşinə tutulması nəticəsində həlak olmuş mülki şəxslərin məzarlarını ziyarət edərək faciənin 6-cı ildönümündə onların xatirəsini ehtiramla anıblar.


Xəbər xətti