Peru And dağlarında aşkar edilən yeni çiçəkli bitki növünə argentinalı hücumçu Lionel Messinin adı verilib.
Sportal.az xəbər verir ki, bitkiyə Argentina millisinin formasını xatırladan ağ-mavi rəngli çiçəklərinə görə “Salvia messii” adı verilib. Bu bitki növünə yalnız Perunun mərkəzi və cənub bölgələrində rast gəlinir və nəsli kəsilmək təhlükəsi altındadır.
Ümumilikdə, Messinin şərəfinə ən azı altı bioloji növə ad verilib. Onların arasında kərtənkələ, hörümçək, göbələk və nəsli kəsilmiş iki heyvan növü də var.
Qeyd edək ki, 39 yaşlı Messi səkkizqat “Qızıl top” mükafatçısı və 2022-ci ilin dünya çempionudur. O, Argentina millisinin heyətində iki dəfə Amerika Kubokunun qalibi olub və iki dəfə dünya çempionatının gümüş medalını qazanıb.
saytlarin hazirlanmasi
