"Qalib gəlmək üçün kifayət qədər imkanımız var idi" - "Neftçi"nin legioneri "Qarabağ"la görüş haqda

10:55 - 18 Oktyabr 2026

"Düşünürəm ki, bu oyuna çox yaxşı hazırlaşmışdıq. Çalışırdıq ki, sürətimizdən əks-hücumlarda istifadə edək. "Qarabağ"la görüşdə qalib gəlmək üçün kifayət qədər imkanımız var idi. Ancaq təəssüf ki, evə bir xalla geri qayıdırıq. Bu hələ son deyil, biz “Neftçi”yik. Sona qədər mübarizə aparacağıq".

Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Draqolyub Saviç deyib. 

O, Misli Premyer Liqasının 8-ci turunun "Qarabağ"la (3:3) görüşündən sonra "Neftçi TV"yə danışıb.

Serb futbolçu vurduğu qolu azarkeşləri ilə qeyd etməsininə də şərh verib: "Bəzən yeni komandaya, yeni mühitə uyğunlaşmalısan. Öz üzərimdə hər gün çalışıram ki, azarkeşlərlə bunu yaşaya bilim. Mənim üçün xüsusi məqam idi və bunu da azarkeşlərə həsr edirəm".

Xəbər xətti