Azərbaycanlı futbolçu yenə ehtiyatda qaldı

23:28 - 18 Oktyabr 2026

Albaniyada futbol üzrə Superliqanın 7-ci turuna yekun vurulub.

Sportal.az xəbər verir ki, azərbaycanlı müdafiəçi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” doğma meydanda “Vlazniya”nı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Əliyev növbəti dəfə bütün oyunu ehtiyat oyunçular skamyasında keçirib.

Hazırda “Eqnatiya” 18 xalla turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.

Xəbər xətti