"Real" iki yarımmüdafiəçi üçün hərəkətə keçdi

19:34 - 18 Oktyabr 2026

“Real” 2027-ci ilin yay transfer pəncərəsi üçün yüksək səviyyəli yarımmüdafiəçinin alınmasını prioritet hesab edir.

Sportal.az “Sport.es”ə istinadən xəbər verir ki, “kral klubu”nun prioritet saydığı iki oyunçu var: Martin Zubimendi (“Arsenal”) və Skott Maktominey(“Napoli”).

İspaniya millisinin heyətində dünya çempionatının qalibi olan futbolçu “Arsenal”da kifayət qədər vaxt keçirə bilmədiyi üçün ayrılmağı planlaşdırır. 

Bu arada, “Napoli”nin Maktomineylə müqavilə müddətinin artırılması ilə bağlı danışıqları dalana dirənib. 29 yaşlı futbolçunun hazırkı müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.

O da “Real”dan təklif aldığı üçün İtaliyanı tərk etməyi planlaşdırır.
 

Xəbər xətti